22:14 28-08-2020
news_image
176
FUTBOL

"İnter"ə keçdi - "Roma"nın müdafiəçisi

"Roma"nın müdafiəçisi Aleksandar Kolarov komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı cinah oyunçusu yeni mövsümdən İtaliyanın digər təmsilçisi "İnter"də çıxış edəcək.

Klublar arasında danışıqlar artıq yekunlaşıb. Razılığa əsasən, Serbiya millisinin üzvü tezliklə "neradzurra" ilə münasibətləri rəsmiləşdirəcək. Onun müqavilə müddəti barədə hələlik məlumat verilməsə də, transfer paytaxt təmsilçisinə 2 milyon avro qazandıracaq.

Qeyd edək ki, Aleksandar Kolarov "Roma"ya 2017-ci ildə 5 milyon avro qarşılığında "Mançester Siti"dən keçib.