22:43 28-08-2020
news_image
189
FUTBOL

Premyer Liqaya gedir - İquayn

İtaliyanın “Yuventus” klubunun futbolçusu Qonsalo İquayn karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu Premyer Liqanın bir neçə klubundan təklif alıb.

Turin təmsilçisi də cənubi amerikalını satmaq niyyətindədir. İquaynı heyətinə qatmağa əsas namizədlər “Fulhem”lə “Nyukasl”dır. “Vest Hem” və “Aston Villa” da forvardın transferində maraqlıdır. Futbolçuya Qətərdən də təklif var.

Qeyd edək ki, İquayn “Yuventus”da 149 oyunda 66 qol vurub. O, 2016/17, 2017/18, 2019/20 mövsümlərində İtaliya çempionu, 2016/17 və 2017/18 mövsümlərində həm də kubokun qalibi olub.