23:46 28-08-2020
news_image
460
FUTBOL

"Yuventus"un arzusu - Messi-Ronaldo tandemi

"Barselona"nın kapitanı Lionel Messi ilə daha bir komanda təmasa keçib.

Apasport.az saytının məlumatına görə, Turin klubu argentinalı futbolçunun menecerliyini edən atası Xorxe Messiyə müraciət ünvanlayıb.

İtaliya təmsilçisi yeni mövsümdən Lionel Messi - Kriştianu Ronaldo tandemini yaratmaq niyyətini çatdırıb və futbolçunun transferində maraqlı olduğunu bəyan edib. Lakin Leo karyerasını "Mançester Siti"də davam etdirmək fikrindədir. "Şəhərlilər" bu keçid qarşılığında 100 milyon avro və 3 futbolçusunu (Qabriel Jezuş, Bernardo Silva, Erik Qarsiya) "Barselona"ya təklif edib.

Qeyd edək ki, PSJ də Messinin atası ilə əlaqə saxlayıb. Ancaq Xorxe Messi oğlunun "Mançester Siti"də oynamaq istəyində olduğunu bildirib.