00:22 29-08-2020
news_image
187
FUTBOL

“Tottenhem” “Milan”a satmadı – müdafiəçisini

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serj Orye komandanı tərk etməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisini bir neçə klub heyətinə qatmaq niyyətindədir.

Düzdür, londonlular İtaliyanın “Milan” klubunun təklifini rədd edib. Buna tərəflərin transfer qiymətində razılaşmaması səbəb olub. Klubla iki illik müqaviləsi qalan Oryeni Almaniya “Bayer”i də heyətində görmək istəyir.

Qeyd edək ki, müdafiəçi 2017-ci ildə PSJ-dən 23 milyon funt-sterlinqə transfer olunub.