10:18 29-08-2020
news_image
208
FUTBOL

Milliyə gəlmədi, yoxlama görüşündə oynadı - Eddi İsrafilov

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Albasete” klubu yoxlama görüşü keçirib.

Apasport.az saytının məlumatına görə, La Liqa2 təmsilçisi "Kastelyon"la qarşılaşıb.

Görüş 1:1 hesabı ilə nəticələnib. "Albasete" bərabərlik topunu 86-cı diqiqədə penaltidən vurub. Start heyətində meydana çıxan yığmamızın üzvü fasilədən sonra əvəzlənib.

Qeyd edək ki, Eddi İsrafilov İspaniyada koronavirus pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün Azərbaycan millisinin qarşıdakı rəsmi oyunlarında iştirak edə bilməyəcək.