
01:55
UEFA Superkuboku uğrunda oyunun keçirilməsi təhlükə altına düşüb.
Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.
Sentyabrın 24-də keçirilməli olan matçın təşkilinə Macarıstanda tətbiq edilən məhdudiyyətlər əngəl törədə bilər. Çünki sentyabrın 1-dən ölkəyə girişə də məhdudiyyət qoyulacaq.
Bu da Budapeştdə təşkil olunması gözlənilən “Bavariya” – “Sevilya” matçına maneçilik törədir. UEFA bu oyunun tamaşaçılarla keçirilməsini planlaşdırırdı.