11:56 29-08-2020
news_image
106
FUTBOL

Həbs olundu - De Bruynenin agenti

Belçika millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Bruynenin agenti Patrik De Koster həbs olunub.

Apasport.az saytının məlumatına görə, futbol agenti pulların yuyulmasında şübhəli bilinir.

Buna Belçika polisinin araşdırmaları səbəb olub. Xüsusilə də, De Bruynenin “Volfsburq”dan “Mançester Siti”yə keçidi araşdırılır. 

Qeyd edək ki, Kevin Bundesliqa təmsilçisindən İngiltərə klubuna 2015-ci ildə keçib.