14:19 29-08-2020
news_image
277
FUTBOL

Kantenin qiymətini açıqladı - "Çelsi"

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Nqolo Kante İtaliyaya köçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu "İnter"ə keçmək üzrədir.

A seriyası təmsilçisinin israrını nəzərə alan londonlular onun transfer qiymətini açıqlayıb. Premyer Liqa klubu Fransa millisinin üzvünü 50 milyon avroya sata biləcəyini bəyan edib. "İnter"in baş məşqçisi bu transferin baş tutmasını tələb etməsinə baxmayaraq, "Mançester Yunayted" də onun xidmətində maraqlıdır. Hazırda İtaliya klubu keçidin reallaşmasına çalışır.

Qeyd edək ki, Nqolo Kante "Çelsi"yə 2016-cı ildə "Lester"dən keçib.