15:11 29-08-2020
news_image
259
FUTBOL

Kərim Benzemanı istəyir - “Yuventus”

İtaliyanın “Yuventus” klubunun heyətinə qatmaq istədiyi hücumçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi İspaniya "Real"ının ön xətt oyunçusu Kərim Benzemanı transfer etmək istəyir.

A seriyasında son illərin dəyişməz çempionu hücumda Kriştianu Ronaldo – Kərim Benzema cütünü formalaşdırmaq istəyir. Bu üzdən də “Yuventus” müqaviləsi 2022-ci ildə başa çatacaq forvardın transferində maraqlıdır. Lakin fransalı futbolçunun çıxış etdiyi “Real” oyunçunu buraxmağı planlaşdırmır. O, turinliləri tərk edəcək Qonsalo İquaynı əvəzləməlidir.

Qeyd edək ki, Ronaldo və Benzema Madrid təmsilçisində uzun müddət çiyin-çiyinə oynayıb.