22:14 29-08-2020
news_image
180
FUTBOL

"Liverpul" yenə uduzdu - "Arsenal"dan 16-cı Superkubok

İngiltərə Superkubokunun qalibi məlum olub.

Apasport.az saytının məlumatına görə, "Uembli" stadionunda həlledici oyun keçirilib.

Premyer Liqanın son çempionu "Liverpul"la ölkə kubokunun qalibi "Arsenal" üz-üzə gəlib. London təmsilçisi erkən qolla hesabı açsa da, "qırmızılar" ikinci hissədə status-kvonu bərpa ediblər. Nəticədə qalibi penaltilər seriyası müəyyənləşdirib. "Liverpul"da Rayan Breuster penalti zərbəsini qola çevirə bilməyincə, "Arsenal" 5:4 hesablı qələbə qazanıb.

Beləliklə, "Arsenal" tarixində 16-cı dəfə Superkuboku muzeyinə aparıb və "Mançester Yunayted"dən (21 dəfə) sonra bu titula ən çox sahib olan ikinci komanda olub. Superkubokun 15 qat qalibi "Liverpul" isə ardıcıl 2-ci, ümumilikdə isə 8-ci dəfə həlledici görüşdə məğlub olub.

İngiltərə Superkuboku
29 avqust
"Arsenal" - "Liverpul" - 1:1 (penaltilərlə 5:4)

Obameyanq, 12 - Minamino, 73