22:20 29-08-2020
news_image
233
FUTBOL

"Qəbələ"dən Super Liqa klubuna - "Göztəpə"də çalışacaq

“Qəbələ” İdman Klubunun əməkdaşı Tural Yunusov fəaliyyətini Türkiyədə davam etdirəcək. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qəbələ şəhər stadionunun ot örtüyünə cavabdehlik daşıyan mütəxəssislərdən biri olan Yunusov Super Liqa təmsilçisi “Göztəpə”də çalışacaq.

O, İzmir klubunun meydanına baxan heyətdə yer alacaq. Yunusov İrlandiyanın “SİS” şirkətinin dəvəti ilə qonşu ölkəyə yollanıb. Bu dəvətdə Türkiyəyə yollanan klubun digər əməkdaşı Rəşad Cabbarovun uğurlu fəaliyyəti də rol oynayıb. Super Liqanın digər təmsilçisi “Kasimpaşa”nın məşq meydanlarının durumuna cavabdeh olan mütəxəssis artıq 10 aydır qonşu ölkədə uğurla çalışır.

Qeyd edək ki, Cabbarov 2013-cü ildə “Qəbələ” İdman Klubu tərəfindən praktika keçmək üçün “Qalatasaray”a yollanıb, həm “sarı-qırmızılar”, həm “Kasımpaşa”nın meydanları ilə tanış olub. O, Türkiyədəki stadionların ot örtüyünə məsul olan daşıyan “SİS” şirkətinin dəvəti ilə ötən il “Kasımpaşa” klubuna bir aylıq sınaq müddətinə yollanıb. Bu müddəti uğurla başa vuran mütəxəssis artıq 10 aydır klubun məşq meydanlarına cavabdehlik daşıyır.