22:45 29-08-2020
news_image
227
FUTBOL

17 yaşlı futbolçu güllələndi - yatdığı yerdə

Amerika futbolu üzrə “Troyans” klubunun oyunçusu Snkes Cermeyn Perri qətlə yetirilib.

Apasport.az saytının məlumatına görə, 17 yaşlı futbolçu yatarkən güllələnib.

Onun məskunlaşdığı çoxmənzilli evə bayırdan bir neçə atəş açılıb. Atəş barədə məlumat alan polis gecə yaşanan hadisə yerində yaralı Perrini aşkarlayıb.

İdmançı xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib. Şahidləri dindirən polis araşdırmaları davam etdirir.