23:29 29-08-2020
news_image
522
FUTBOL

Növbəti transfer - "Lids"dən

"Lids" klubu heyətinə daha bir futbolçunu cəlb edib.

Apasport.az saytının məlumatına görə, "Frayburq"un mərkəz müdafiəçisi Robin Koç İngiltərə təmsilçisi ilə müqavilə bağlayıb.

24 yaşlı oyunçu 16 ildən sonra yenidən Premyer Liqaya qayıdan "Lids"lə 4 illik sözləşmə imzalayıb. Almaniya millisinin üzvünün keçidi Bundesliqa klubuna 13 milyon avro qazandırıb.

Qeyd edək ki, Marselo Byelsanın çalışdırdığı "Lids" "Valensiya"nın hücumçusu Rodriqonu 30 milyon avroya transfer edib.