00:33 30-08-2020
news_image
162
FUTBOL

Premyer Liqa klubu ilə anlaşdı – “Napoli”nin futbolçusu

İngiltərənin “Everton” klubu braziliyalı futbolçu Allanı transfer etməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçinin məxsus olduğu İtaliya “Napoli”si ilə razılıq əldə edib.

29 yaşlı cənubi amerikalının keçidi 25 milyon avroya başa gələcək. Bu rəqəm bonuslar hesabına arta da bilər. Bunadək Allanın özü ilə də anlaşan “Everton” tibbi müayinədən sonra oyunçu ilə müqaviləni rəsmiləşdirəcək. 

Qeyd edək ki, Liverpul təmsilçisi İspaniya “Real”ının futbolçusu Hames Rodrigesin keçidi ilə bağlı danışıqları da davam etdirir.