12:18 30-08-2020
news_image
4411
FUTBOL

"Barselona"nın yalanı üzə çıxdı - Messinin gedişinə razılıq verildi

2020/21 mövsümünün hazırlığına sabah start götürəcək "Barselona"da futbolçular koronavirus testindən keçmək üçün bir-bir klubun ofisinə gedirlər.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, komandanın kapitanı Lionel Messi onun üçün təyin edilən vaxtda bazaya yollanmayıb.

Argentinalı superulduz öncədən testdən keçməyəcəyini, hətta məşqlərə qatılmayacağını rəhbərliyə çatdırıb. Komandadan ayrılmaqda qərarlı olan 33 yaşlı oyunçunun onunla danışıq aparmaq üçün Barselonaya yollanan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə görüşdüyü bildirilir.

Həmçinin "Barselona"nın Messi üçün 700 milyon avroluq təzminat haqqı tələb etmək hüququnun olmadığı üzə çıxıb. Məsələ burasındadır ki, müqavilədə göstərilən bu bəndin 2019/20 mövsümün sonuna qədər qüvvədə olduğu aşkarlanıb. Bu yalanı üzə çıxan kataloniyalılar liderini "Mançester Siti"yə satmağa artıq razılıq veriblər. Lakin La Liqa təmsilçisi bu transferdən 280 milyon avro qazanmağı planlaşdırır. Rəhbərlik həmçinin "şəhərlilər"in 134 milyon avro və 3 oyunçu təklifini də nəzərdən keçirir.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.