12:40 30-08-2020
news_image
159
FUTBOL

Premyer Liqadan təklif - “Arsenal”ın qapıçısına

İngiltərənin “Arsenal” klubunun futbolçusu Emiliano Martines komandasını dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, argentinalı qapıçı Premyer Liqanın digər klubunun hədəfindədir.

“Aston Villa” mövsümlərarası fasilədə cənubi amerikalını transfer etməkdə israrlıdır. Birminhem təmsilçisi qolkiper üçün 10 milyon funt-sterlinq təklif edir. Martinesin “topçular”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Emiliano cari mövsümün ilk matçında meydana çıxaraq Superkubok görüşündə komandası ilə titul qazanıb.