13:46 30-08-2020
news_image
199
FUTBOL

15 milyonluq transfer – Premyer Liqa klubundan

İngiltərənin “Nyukasl” klubu heyətinə yeni hücumçu qatır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Portuqaliyanın “Porto” klubunda çıxış edən Mussa Mareqa ilə müqavilə imzalayacaq.

Bu transfer 15 milyon avroya başa gələcək. İngiltərə təmsilçisi pireneylilərin forvard üçün istədiyi vəsaiti ödəməyə razı olub.

Qeyd edək ki, ötən mövsüm ölkə çempionu olan “Porto” Çempionlar Liqasında mübarizə aparacaq.