18:52 30-08-2020
news_image
248
FUTBOL

“Səbail”i bir qolla məğlub etdi - “Qəbələ”

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların iştirakı ilə yoxlama oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davan etdirən “Səbail” və “Qəbələ” Bakıda üz-üzə gəlib.

Komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıb. Qarşılaşmanın ilk yarısında qol qeydə alınmayıb. Matçın taleyini bir qol həll edib. 75-ci dəqiqədə fərqlənən Nikolas Raysel “qırmızı-qaralar”a qələbə qazandırıb.

Qeyd edək ki, Premyer Liqada növbəti turun oyunları sentyabrın 11-13-də keçiriləcək.

Yoxlama oyunu
30 avqust
17:00. “Səbail” – “Qəbələ” – 0:1
Qol: Nikolas Raysel, 75 (pen)
Bakı Olimpiya Stadionu. Ehtiyat meydança