14:25 30-08-2020
news_image
176
FUTBOL

Dünyanın ən yaxşı yarımmüdafiəçisini açıqladı – Xavi

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi dünyanın ən yaxşı yarımmüdafiəçisinin adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, hazırda “Əl-Sədd” klubunun baş məşqçisi olan mütəxəssis Kevin De Bruyneni bu ampluanın ən yaxşısı sayır.

Xavi “Mançester Siti”nin 29 yaşlı belçikalı futbolçusunun hələ xeyli müddət yaşıl meydanlarda oynaya biləcəyini vurğulayıb: “Mançester Siti”nin futbolçusu Kevin De Bruyneni digərlərindən fərqli səviyyədə görürəm. O, oyunda dönüş yaratmağa qadirdir. Kevin dünyanın ən yaxşı yarımmüdafiəçisidir. Həm də nisbətən gəncdir”.

Qeyd edək ki, Kevin 2015-ci ildən “Mançester Siti”də oynayır.