
00:59
"Latsio"nun hücumçusu Çiro İmmobile klubunda qala bilər.
Apasport.az saytının məlumatına görə, Roma təmsilçisi ona yeni müqavilə təklif edib.
30 yaşlı forvard "Barselona"nın maraq dairəsində olsa da, A seriyası klubu onun qalmasını istəyir. Rəhbərlik İspaniyaya yollanmaq fikrindən daşındırmaq üçün İtaliya millisinin üzvünə 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif edib. Razılıq əldə olunarsa, oyunçunun illik maaşı 4 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Çiro İmmobile 2019/20 mövsümündə 37 oyunda 36 qol vuraraq, A seriyasının bombardiri olub.