14:07 31-08-2020
news_image
5494
FUTBOL

Çempionlar Liqasındakı rəqibi bəlli oldu - “Qarabağ”ın

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi müəyyənləşıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada bəlli olub.

Çempionlar yolunun əvvəlki mərhələlərində “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə “Molde” (Norveç) ilə üz-üzə gələcək. Bu mərhələnin matçları sentyabrın 15-16-da keçiriləcək. İlk iki oyunu evdə keçirən “Qarabağ” bu dəfə də ev matçına çıxacaq.

Qeyd edək ki, sabah pley-off mərhələsinin püşkü atılacaq. “Qarabağ”ın yer aldığı cüt həmin tədbirdə mümkün rəqibini tanıyacaq.