22:49 30-08-2020
news_image
117
FUTBOL

Van De Bek seçimini etdi – “Mançester Yunayted”

Niderlandın “Ayaks” klubunun futbolçusu Donni Van De Bekin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, hücumameylli yarımmüdafiəçi seçimini edib.

O, İngiltərənin “Mançester Yunayted” klubuna keçəcək. İspaniya “Barselona”sının da hədəfində olan niderlandlı Premyer Liqada oynamağa üstünlük verib. Futbolçu gələn həftə Mançesterə yollanaraq tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, Donni “Ayaks”n son iki yoxlama oyununu buraxıb.