23:02 30-08-2020
news_image
213
FUTBOL

500 milyon avro qazanacaq - Messi

"Mançester Siti"nin "Barselona"nın kapitanı Lionel Messiyə təklif etdiyi müqavilənin detalları mətbuata sızıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu argentinalı futbolçuyla 5 illik sözləşmə imzalamağı planlaşdırır.

"Şəhərlilər" vergiləri çıxmaq şərti ilə 33 yaşlı oyunçuya ümumilikdə 500 milyon avro təklif edib. Leonun illik maaşı 50 milyon avro təşkil edəcək. Ancaq o, ilk 3 ili "Mançester Siti"də keçirməli olacaq. Növbəti iki ildə isə klubun sahibinə məxsus MLS təmsilçisi "Nyu-York Siti"nin formasını geyinməli olacaq. Bu isə Messiyə əlavə 250 milyon avro bonus qazandıracaq. "Mançester Siti" belədə UEFA-nın maliyyə feyr-pley qaydalarını da pozmamış olacaq.

Superulduzun atası Xorxe Messi isə "Barselona" prezidenti Xosep Bartomeu ilə görüşmək üçün İspaniyaya yollanacaq. Futbolçunun menecerliyini edən atası sentyabrın 2-də klub rəhbəri ilə bir araya gəlməyi planlaşdırır.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.