15:09 31-08-2020
news_image
1272
FUTBOL

“Neftçi” "Qalatasaray"la qarşılaşacaq – Avropa Liqasında

Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Türkiyə klubu ilə görüş Bakıda baş tutacaq.

Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.