00:26 31-08-2020
news_image
159
FUTBOL

Kapitan koronavirusa yoluxdu - İspaniya millisindən çıxarıldı

"Real Sosyedad"da daha bir nəfər koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bu dəfə futbolçu Mikel Oyarzabalın testinin nəticəsi pozitiv çıxıb.

Klubun futbolçu və məşqçi heyəti testdən keçib, yalnız kapitanın virusa yoluxduğu üzə çıxıb. Bu səbəbdən 23 yaşlı vinger Millətlər Liqasının Almaniya (3 sentyabr) və Ukrayna (6 sentyabr) ilə keçiriləcək qrup oyunları üçün çağırıldığı İspaniya yığmasının heyətindən çıxarılıb. Onu "Vilyarreal"lı Xerard Moreno əvəz edib. Oyarzabal evində karantinə alınıb.

Qeyd edək ki, avqustun ortalarında "Real Sosyedad"ın futbolçusu Aritz Elustondo və klubun iki əməkdaşı koronavirusa yoluxmuşdu.