09:00 31-08-2020
news_image
124
FUTBOL

“Bakıda baş verənlərdən sonra...” – “Şkupi”nin baş məşqçisi

“Qələbəyə görə çox şadam. Bu oyun məni daha da qürurlandırdı, çünki hər matçda daha yaxşı çıxış edirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Şkupi”nin baş məşqçisi Muharrem Bayrami Şimali Makedoniya çempionatının IV turunda “Pelister”lə keçirilən oyundan sonra deyib.

Komandasının 1:0 hesablı qələbə qazanaraq xal ehtiyatını 10-a çatdırmasını və liderliyə yüksəlməsini dəyərləndirən mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”yə məğlubiyyəti də unutmayıb: “Bakıda baş verənlərdən sonra bugünkü qələbə bizə müsbət təsir etdi. Daha böyük fərqlə qalib gəlməyə layiq idik, üstün olduq və şansları əldən verdik. Bu komandanın yüksək keyfiyyətləri var”.

Qeyd edək ki, “Bakcell Arena”da “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan “Şkupi” üçün avrokubok macərası başa çatıb.