10:20 31-08-2020
news_image
156
FUTBOL

Özünü təcrid etdi – Kipr yığmasının futbolçusu

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığmasının heyətində itki baş verə bilər.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi Aleks Qoqiç özünü təcrid edib.

26 yaşlı futbolçu klubu “Hibernian”ı bu barədə məlumatlandırıb və Şotlandiya çempionatında “Aberdin”lə görüşdə iştirak etməyib. Qoqiçin dünənki koronavirus testi neqativ çıxsa da, Şotlandiya Futbol Assosiasiyası və yerli hökumət onun karantin qaydalarına əməl etməsini istəyib. Bu səbəbdən oyunçu 10 gün müddətinə özünü təcrid etdiyini açıqlayıb. Bu isə onun Kipr yığmasına qatılmaq ehtimalını azaldır. Qoqiçin Monteneqro və Azərbaycanla oyunların heyətindən çıxarılması istisna edilmir.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də isə Azərbaycanı Nikosiyada qəbul edəcək. Millimiz isə gələn ayın 5-də ilk görüşünü Bakıda Lüksemburqa qarşı keçirəcək.