10:33 31-08-2020
news_image
89
FUTBOL

Milliyə qayıtmağa razılıq verdi – Van Qal

Niderland milli komandasının baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunun “sükanı arxası”na keçən Ronald Kumanı Lui Van Qal əvəzləyə bilər.

Təcrübəli mütəxəssis yenidən yığmaya rəhbərlik etməyə razılıq verib. Bu ölkənin futbol federasiyası hazırda bir neçə mütəxəssislə, o cümlədən Van Qalla müzakirələr aparır.

Niderland yığması sentyabrın 4-də Millətlər Liqasında Polşa ilə üz-üzə gələcək. “Narıncılar”ın üç gün sonrakı rəqibi İtaliya olacaq.

Qeyd edək ki, Van Qal 2000-02 və 2012-14-cü illərdə Niderland yığmasının baş məşqçisi olub.