11:04 31-08-2020
news_image
111
FUTBOL

“Atletiko”nun futbolçusuna təkliflər – üç ölkədən

İspaniyanın “Atletiko” klubu futbolçusu Tomas Parti ilə vidalaşa bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bir neçə klubun maraq dairəsinə düşüb.

27 yaşlı qanalını İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası və İtaliya A seriyası təmsilçiləri heyətində görmək istəyir. Partinin indiki klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2012-ci ildən “Atletiko”da oynayan afrikalı “Malyorka” və “Almeriya”da icarədə olduğu müddətdən başqa yalnız Madrid təmsilçisinin formasını geyinib.