11:50 31-08-2020
news_image
107
FUTBOL

Yığmanın yekun heyətində – “Sabah”ın futbolçusu

UEFA Millətlər Liqasının qrup mərhələsində Kosovo və Sloveniya ilə qarşılaşacaq Moldova yığmasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Sabah”ın futbolçusu Yevgeni Koçuk da heyətə salınıb.

Baş məşqçi Engin Fırat yekun siyahıda yarımmüdafiəçiyə də yer verib. 7 futbolçunu siyahıdan çıxaran çalışdırıcı yekun “24-lüy”ü müəyyənləşdirib.

Qeyd edək ki, C liqasının 3-cü qrupunda yer alan Moldova millisi sentyabrın 3-də Kosovo ilə evdə, 6-da isə Sloveniya ilə səfərdə qarşılaşacaq.