12:47 31-08-2020
news_image
404
DİGƏR NÖVLƏR

“İdmançılar arasında koronavirusa yoluxma aşkarlanmayıb" – Fərid Mansurov

“İndiyə qədər idmançılar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb".

Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin feysbuk səhifəsində sualları cavablandırarkən deyib.

O bildirib ki, indiyə qədər Azərbaycanda olan idmançılardan heç birində virusa yoluxma halı qeydə alınmayıb: “Öz ölkəsində olan idmançılarda yoluxma olmuşdu. Məsələn, Şərif Şərifov pandemiyanın ilk vaxtlarında koronavirusa yoluxmuşdu. Ancaq sonradan sağalaraq məşqlərini davam etdirib. Ümumiyyətlə, təlim-məşq toplanışlarından öncə idmançılar testdən keçirilir və yalnız nəticə açıqlandıqdan sonra onların məşqinə icazə verilir”.