13:43 31-08-2020
news_image
105
FUTBOL

Polisi döydüyü üçün saxlanıldı - erməni futbolçular

Ermənistanın paytaxtı Yerevanda iki futbolçu saxlanılıb.

Apasport.az saytının məlumatına görə, buna Edqar və Qor Malakyan qardaşları ilə yol polisi əməkdaşları arasında münaqişə səbəb olub.

Paytaxtın mərkəzində yaşanan hadisə zamanı futbolçular polisi təhqir edib, onlarla dava-dalaşa girib. Saxlanılanlara qarşı cinayət işi açılıb. Onlar hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirləndirilir.

Qeyd edək ki, “Pünik”də çıxış edən 26 yaşlı Qor Ermənistan yığmasına namizədlərdən sayılır. “Ararat”ın formasını geyinən 30 yaşlı Edqar da milliyə namizədlərdən biridir.