14:34 31-08-2020
news_image
290
FUTBOL

Çempionlar Liqasında ilk dəfə - norveçlilərə qarşı

Çempionlar Liqası tarixində ilk dəfə Azərbaycan və Norveçin ən yaxşıları üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, bu, sentyabrın 15-16-da keçiriləcək III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Molde” oyununda gerçəkləşəcək.

İndiyədək iki ölkə təmsilçiləri avrokubokda üz-üzə gəlsə də, qitənin ən nüfuzlu turnirində görüşməyib. Norveçlilərlə əvvəlki duellərin hamısı Avropa Liqasında reallaşıb.

İlk belə görüş 2009/10 mövsümünə təsadüf edib. “Qarabağ” Qurban Qurbanovla ilk avrokubok sınağında “Rusenborq”u keçərək qitə səhnəsindəki uğurla addımlamağa start verib. Amma 4 il sonra “İnter” (indiki “Keşlə”) zəif “Tromse” önündə aciz qalıb.

Bu iki duel çərçivəsində Azərbaycan 2, Norveç 1 qələbəyə sevinibsə, 1 matç heç-heçə bitib. Top fərqində bərabərlik hökm sürür – 2:2.

2009/10
2-ci təsnifat mərhələsi
16 iyul. “Rusenborq” (Norveç) – “Qarabağ” - 0:0
23 iyul. “Qarabağ” - “Rusenborq” (Norveç) - 1:0
Rəşad Sadıqov

2013/14
2-ci təsnifat mərhələsi
18 iyul. “Tromse” (Norveç) – “İnter” - 2:0
25 iyul. “İnter” – “Tromse” (Norveç)  - 1:0
Baçana Sxadadze