14:48 31-08-2020
news_image
111
FUTBOL

“Zirə” yoxlama görüşü keçirəcək – I turdakı rəqibi ilə

Milli komandaların rəsmi oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.

Apasport.az saytının “Zirə”nin feysbuk səhifəsinə istinadən məlumatına görə, Bakı təmsilçisi də bu müddətdə gücünü sınayacaq.

Baş məşqçi Rəşad Sadıqov sentyabrın 5-də “Qəbələ” ilə matçda oyunçularının hazırlıq durumuna göz gəzdirəcək. Zirə İdman Kompleksində baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar Premyer Liqanın I turunda Qəbələdə üz-üzə gəlib. Avqustun 23-dəki oyunda 1:1 hesabı qeydə alınıb.