15:33 31-08-2020
news_image
212
FUTBOL

III təsnifat mərhələsindən azad edildi – 2 klub

Bu gün İsveçrənin Nyon şəhərində avrokubokların püşkatması keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbirdə Avropa Liqasının III təsnifat mərhələsindən azad edilən komandalar bəlli olub.

Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan 10 komandadan səkkizi Avropa Liqasının III təsnifat mərhələsində oynayacaq. Digər iki komanda isə bu turnirin pley-offuna yüksəlib.

Püşk “Tirana” (Albaniya) və “Lüdoqorets”in (Bolqarıstan) üzünə gülüb. Bu komandalar Çempionlar yolu ilə pley-offa vəsiqə qazanıb.