15:40 31-08-2020
news_image
320
FUTBOL

"Skandinaviya klublarına qarşı təcrübəmiz var" - Qurban Qurbanov

“Çox ciddi rəqiblə qarşılaşacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasının nəticəsi barədə danışarkən deyib.

Ağdam klubunun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis Norveç təmsilçisi “Molde” ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib: “Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq".

Qeyd edək ki, “Qarabağ” – “Molde” görüşü sentyabrın 15-də və ya 16-da Bakıda keçiriləcək.