15:50 31-08-2020
news_image
220
FUTBOL

Bakıya gəlməyə bilər – “Qalatasaray”ın braziliyalısı

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə klubu “Qalatasaray” aparıcı futbolçularından birini itirə bilər.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin müdafiəçisi Markao İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl”ın maraq dairəsindədir.

Braziliyalı futbolçusunu heyətində saxlamağı planlaşdıran Super Liqa klubu onun gedişinin əleyhinə də deyil. Ancaq bunun üçün “Qalatasaray” rəhbərliyi qarşı tərəfdən 15 milyon avro tələb edib. “Sağsağanlar” həmin məbləği ödəməyə razılıq versə, transfer reallaşacaq. Bu baş verərsə, Markao “Neftçi” ilə matçda “Qalatasaray”ın heyətində yer almayacaq.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.