16:01 31-08-2020
news_image
2878
FUTBOL

“Qalatasaray”da itki – “Neftçi” ilə oyunu buraxacaq

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyə klubu “Qalatasaray” heyətində ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Əmrə Akbaba uzun müddətə sıradan çıxıb.

İyulun 24-də Super Liqada ötən mövsümün “Antalyaspor”la son oyununda zədələnən 28 yaşlı orta sahə oyunçusu yenidən tibbi müayinədən keçib. Məlum olub ki, Türkiyə millisinin üzvü təxminən 2 ay komandaya kömək edə bilməyəcək.

Akbaba ən yaxşı halda oktyabrın ortalarında kollektivə qoşula biləcək. Bu isə o deməkdir ki, futbolçu “Neftçi” ilə Bakıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də keçiriləcək.