16:20 31-08-2020
news_image
290
FUTBOL

Türkiyəlilərlə 3-cü duel - ilk dəfə ən titullular

Azərbaycan və Türkiyə klubları avrokuboklar tarixində 3-cü dəfə rəqib olub.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək “Neftçi” və “Qalatasaray” sentyabrın 17-də qarşılaşacaq.

Öz ölkələrinin ən titullu komandaları olan cütlük ilk dəfə qonşu ölkə təmsilçiləri ilə duelə çıxacaq. Amma Azərbaycan və Türkiyə klubları iki dəfə bir-birinə rəqib olub.

Ölkəmizin avrokuboklardakı debütü 1994-cü ildə məhz türkiyəlilərə qarşı olub. “Turan” “Fənərbaxça” ilə iki oyunda 7 cavabsız qol buraxıb.

6 ildən sonra “Antalyaspor”la görüşən “Kəpəz” də eyni aqibətlə üzləşib. Hər iki klubumuz səfərdə 5, evdə 2 qol buraxıb. 2 duel çərçivəsində uduzduğumuz 4 matçda 14 cavabsız qol buraxmışıq.

1994/95
UEFA kuboku
İlkin mərhələ

9 avqust. “Fənərbaxça” (Türkiyə) – “Turan” - 5:0
23 avqust. “Turan” - “Fənərbağça” (Türkiyə) - 0:2
2000/01
UEFA kuboku
Təsnifat mərhələsi

8 avqust. “Kəpəz” – “Antalyaspor” (Türkiyə) - 0:2
24 avqust. “Antalyaspor” (Türkiyə) - “Kəpəz” - 5:0