17:08 31-08-2020
news_image
169
FUTBOL

İki oyunu təxirə salındı - millimizin

Qadınlardan ibarət Azərbaycan millisinin iki oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin Moldova və İspaniya ilə görüşləri sentyabrın 16-da və 22-də baş tutmayacaq.

Buna koronavirus pandemiyası səbəb olub. Hər iki görüş milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salınıb. 

Qarşılaşmaların 2021-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.