18:46 31-08-2020
news_image
245
FUTBOL

Yoxlama görüşündə qalib gəldi – “Qalatasaray”

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib olan “Qalatasaray” yoxlama görüşü keçirib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu TFF I liqa təmsilçisi “Umraniyespor”u sınağa çəkib.

“Florya Mətin Oktay” bazasında baş tutan matçda Fatih Terimin yetirmələri qələbə qazanıblar – 2:0. Komandanın heyətində Radamel Falkao (6-cı dəqiqə) və Ömər Bayram (80) fərqlənib.

“Sarı-qırmızılılar”ın start heyəti belə olub: 99. Fatih Öztürk, 27. Kristian Luyindama, 45. Markao, 2. Şener Özbayraklı, 36. Marselo Sarakki, 15. Rayan Donk, 48. Taylan Antalyalı, 10. Yunes Belhanda, 66. Arda Turan, 90. Mbaye Dian, 9. Radamel Falkao.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.