22:31 31-08-2020
news_image
188
FUTBOL

Mövsümün təqvimi açıqlandı – La Liqada

İspaniya La Liqasında yeni mövsümün təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, oyunların cədvəlini İspaniya Kral Futbol Federasiyası açıqlayıb.

Çempionatın ilk turu sentyabrın 13-nə planlaşdırılıb. Son oyunlar isə mayın 23-də keçiriləcək.

“Barselona” və “Real” arasında görüşlər VII və XXX turlara təsadüf edəcək. 2020-ci il oktyabrın 25-də “Nou Kamp”da üz-üzə gələcək rəqiblər gələn il aprelin 11-də “Santyaqo Bernabeu”da görüşəcək.

I turda aşağıdakı cütlər üz-üzə gələcək: “Alaves” – “Betis”, “Atletiko” – “Sevilya”, “Barselona” – “Elçe”, “Eybar” – “Selta”, “Kadis” – “Osasuna”, “Qranada” – “Atletik”, “Real” – “Xetafe”, “Valensiya” – “Levante”, Valyadolid” – “Real-Sosyedad”, “Vilyarreal” – “Ueska”.