23:04 31-08-2020
news_image
131
FUTBOL

Premyer Liqa klubu ilə anlaşdı - Kulibali

"Napoli"nin müdafiəçisi Kalidu Kulibalinin yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu tezliklə "Mançester Siti"nin oyunçusu kimi təqdim olunacaq.

Seneqal millisinin üzvü "şəhərlilər"lə müqavilənin bütün detallarını razılaşdırıb. İndi yalnız klubların ortaq məxrəcə gəlməsi qalır. "Napoli" onu 70 milyon avroya satmağa hazırdır. Mərkəz müdafiəçisinin italyanlarla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Kalidu Kulibali ötən mövsüm İtaliya A seriyasının 25 oyununda iştirak edib.