
14:26
"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin müqavilə müddəti yenilənib.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, 39 yaşlı forvard "rossonyerlər"lə başa çatan sözləşmə müddətini 2021-ci ilin yayına qədər uzadıb. İsveçli superulduz A seriyası təmsilçisinə 2020-ci ilin yanvarında "Los-Anceles Qalaksi"dən keçib.
Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm "Milan"ın heyətində 18 oyun keçirib, 10 qola imza atıb.