09:19 01-09-2020
news_image
460
FUTBOL

Türkiyədən rəsmi təklif - “Neftçi”nin 2 futbolçusuna

“Qalatasaray”dan Arda Turanı “Neftçi”yə alardım. O da bu komanda üçün yeni transferdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev Türkiyənin “A Spor” kanalına açıqlamasında deyib.

Avropa Liqasının II təsnifat mərhələsində “Qalatasaray”la keçiriləcək oyunu dəyərləndirən klub rəhbəri həmin görüşdən sonra iki futbolçularının Türkiyəyə yollanmasını istisna etməyib.

O, “ağ-qaralar”ın iki üzvünə Türkiyədən təklif gəldiyini vurğulayıb: “Türkiyə klubları iki futbolçumuzla maraqlanır. Hətta rəsmi təklif də gəlib. Adlarını açıqlamayacağam. Skautlar bu prosesi yaxşı bilirlər. Bizim Super Liqada oynaya biləcək potensiala malik futbolçularımız var. İnanıram ki, “Qalatasaray”la qarşılaşmada da Türkiyə futbolunu yaxından izləyənlər onlara baxacaq və bacarıqlarına qiymət verəcəklər”.