10:14 01-09-2020
news_image
113
FUTBOL

Azərbaycana gələcəyi gün bilindi – Fransa yığmasının

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq 21 yaşadək futbolçulardan ibarət Fransa yığması məşqləri bərpa edib.

Apasport.az saytının məlumatına görə, məşqçilər və futbolçular heyəti koronavirus testi verdikdən sonra hazırlığın növbəti mərhələsinə start götürüb.

Silvayn Ripollun komandası sentyabrın 3-də Gürcüstana yola düşəcək, ertəsi gün yerli komanda ilə qarşılaşacaq. Fransızlar sentyabrın 5-də isə oradan birbaşa Azərbaycana gələcək. Komanda ayın 6-da qarşılaşma öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, Azərbaycan – Fransa matçı sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.