10:54 01-09-2020
news_image
72
FUTBOL

İki futbolçusunu satır – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusunu satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Andreas Pereyra və Cessi Linqardın satışından vəsait əldə etmək niyyətindədir.

Mançesterlilər bu pulla Niderland “Ayaks”ının futbolçusu Donni van de Beki almaq niyyətindədir. Onun transferi üçün ingiltərəlilərə 40 milyon funt-sterlinq lazımdır. Yarımmüdafiəçinin özü ilə 5 illik müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, de Bek ötən mövsüm 23 oyunda 8 qol vurub.