11:48 01-09-2020
news_image
3207
FUTBOL

“Neftçi”nin hansı futbolçusunu istəyir? – Türkiyə klubu

“Neftçi” müdafiəçisi Vojislav Stankoviçlə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, serbiyalı futbolçunun karyerasını Türkiyədə davam etdirmək variantı yaranıb.

33 yaşlı mərkəz müdafiəçisi qardaş ölkənin TFF I liqasında çıxış edən klublarının diqqət mərkəzinə düşüb. Cari mövsüm Avropa Liqasında və Azərbaycan Premyer Liqasında 1 oyun keçirən “ağ-qaralar”da Stankoviç hər iki qarşılaşmanın yalnız son dəqiqələrində meydanda olub. Onun “flaqman”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Neftçi”nin prezidenti Kamran Quliyev Türkiyə mətbuatına açıqlamasında iki futbolçularına həmin ölkədən rəsmi təklif gəldiyini açıqlayıb.