13:27 01-09-2020
news_image
137
FUTBOL

“Roma”dan Almaniya klubuna – 26 milyon avroya

İtaliyanın “Roma” klubunun futbolçusu Patrik Şik karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, çexiyalı hücumçu “Bayer”ə keçəcək.

Onun transferi barədə iki klub arasında razılıq əldə olunub. Şikin keçidi 26 milyon avroya başa gələcək. İtaliyalılar əlavə bonuslar da qazana bilər. Futbolçunun özü 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, 2017-ci ildən “Roma”nın futbolçusu olan Patrik ötən mövsümü icarə əsasında “Leypsiq”də keçirib.