14:40 01-09-2020
news_image
178
FUTBOL

Azərbaycanla oyunöncəsi heyətində dəyişiklik – Kipr yığmasının

UEFA Millətlər Liqasının ilk iki oyununda Monteneqro və Azərbaycanla qarşılaşacaq Kipr yığmasında daha bir itki baş verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Giorqos Efrem millinin heyətindən kənarlaşdırılıb.

Buna səbəb 31 yaşlı oyunçunun zədəli olmasıdır. Koronavirus pandemiyası ilə bağlı problem yaşadığı üçün yığmadan çıxarılan Aleks Qoqiçlə yanaşı, Efrem də qrupun ilk görüşlərində iştirak edə bilməyəcək. APOEL-in oyunçusunun əvəzinə Limassol AEL-indən Andreas Avraam bu gün təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini qəbul edəcək.